V A L S E R
Haqqımızda

VALSER MMC

Əmək münasibətləri, iş yerlərinin attestasiyası, mühasibatlıq, kadr və tender xidmətləri sahəsində peşəkar həllər təqdim edən dinamik və etibarlı şirkətdir. Şirkətimizin əsas məqsədi müəssisələrdə təhlükəsiz əmək mühitinin formalaşdırılması, qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və biznes subyektlərinin dayanıqlı inkişafına dəstək olmaqdır.

Fəaliyyət istiqamətlərimiz çərçivəsində dövlət və özəl müəssisələr üçün iş yerlərinin attestasiyası xidmətlərini həyata keçiririk. Bu sahədə əmək şəraitinin qiymətləndirilməsi, istehsalat mühitində fiziki, kimyəvi, bioloji və psixofizioloji zərərli amillərin ölçülməsi, peşə risklərinin müəyyənləşdirilməsi, attestasiya pasportu və protokollarının hazırlanaraq təqdim edilməsi, həmçinin əmək şəraitinin yaxşılaşdırılması üzrə təkliflər planının hazırlanması xidmətlərini təqdim edirik.

Missiyamız

Müəssisələrdə təhlükəsiz əmək mühitinin formalaşdırılmasına, əmək şəraitinin düzgün qiymətləndirilməsinə və bizneslərin maliyyə, kadr və idarəetmə proseslərinin peşəkar şəkildə təşkilinə dəstək olmaq.

Vizyonumuz

Əmək təhlükəsizliyi, attestasiya, mühasibatlıq və korporativ xidmətlər sahəsində etibarlı, innovativ və aparıcı şirkətlərdən birinə çevrilmək.

Dəyərlərimiz

Peşəkarlıq • Etibarlılıq • Şəffaflıq
Operativlik • Məsuliyyət • Keyfiyyət


Partnyorlar

^